Bakıda porno qalmaqalı bitdi:  Məktəb direktoru və 2 pedoqoji işçi işdən çıxarıldı - RƏSMİ

Bakıda porno qalmaqalı bitdi: Məktəb direktoru və 2 pedoqoji işçi işdən çıxarıldı - RƏSMİ

Hazırda oxunan: Bakıda porno qalmaqalı bitdi: Məktəb direktoru və 2 pedoqoji işçi işdən çıxarıldı - RƏSMİ

223099
Paytaxtdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

“Bəzən təhsil müəssisələrində olmayan hadisələr barədə ajiotaj yaratmaq cəhdləri təbii ki, ikrahla qarşılanır. Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır”, - deyə məlumatda vurğulanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO