Əflatun Amaşovdan Akademikin jurnalisti təhqir etməsinə reaksiya  -

Əflatun Amaşovdan Akademikin jurnalisti təhqir etməsinə reaksiya -"Biabırçılıqdır..."

Hazırda oxunan: Əflatun Amaşovdan Akademikin jurnalisti təhqir etməsinə reaksiya -"Biabırçılıqdır..."

219193

“Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsinə dair məlumatlar yayılıb. Mən şəxsən hadisənin təfərrüratları, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir”.

xa0

Moderator.az modern.az-a istinadən məlumatına xa0görə, bunu Mətbuat Şurasının Şurasının sədri Əflatun Amaşov bildirib.

xa0

O əminliklə bildirib ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO