Azərbaycanın Xankəndi şəhər sakini, erməni əsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub:
"Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub. Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olub, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:41 / 23.10.2024
Xankəndidə erməni qadın öldü
Hazırda oxunan: Xankəndidə erməni qadın öldü
Hazırda oxunan: Xankəndidə erməni qadın öldü
217386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.