Kamran Bağırovun Qarabağa uğursuz missiyası və münaqişənin başlanması...

Kamran Bağırovun Qarabağa uğursuz missiyası və münaqişənin başlanması...

Hazırda oxunan: Kamran Bağırovun Qarabağa uğursuz missiyası və münaqişənin başlanması...

212772
1988-ci il, Dağlq Qarabağda bir qrup gənc və əsasən Hadrut rayonundan olan aktivistlər Dağlıq Qarabağ Müxtar Vilayətinin Azərbaycandan ayrılmasına çağıran imza toplanması kampaniyasına başlayır. Dağlıq Qarabağın aktiv insanlarının cəhdələrinə baxmayaraq 3-4 ay ərzində Hadrut və ətraf rayonlarda yaşayan insanlar arasında aparılan kampaniya müddətində cəmi 250 imza toplaya bilirlər. Çox mədud qrup insanların xəbəri olduğu imza toplama kampaniyası barədə məlumatlar DQMV-nin rəhbərliyinə bəlli olur. O zaman DQMV Kommunist Partiyasının birinci katibi Boris Gevorkovun göstərişi ilə Hadrutda və elcədə artıq ətraf rayonlarda başlanan imza toplayan qrupun üzvləri müəyyənləşdirilir. Bu işdə xüsusi olaraq DQMV Daxili İşlər İdarəsinin rəhbəri Armen İsaqulov canfəşanlıq göstətərir. Muxtar Vilayətin hakimiyyəti çalışırdı ki, baş qaldıran separatizm meylləri barədə mərkəzi hakimiyyəti qıcıqlandırmasınlar və yerli səviyyədə məsələnin həll olunmasına nail olsunlar.

Lakin, hadisələr artıq öz məcarasından çıxmışdı. Muxtar Vilayətdə ayrılma cəhdlərinə Ermənistanda və dünyanın hər yerində yaşayan erməni diasporasının nümayəndələri belə qoşulmuşdular. Kiçik bir məkanda baş verən hadisələrdən xəbər tutmaq çətin deyildi. Lakin, insanlar DQMV rəhbərliyinin reaksiyasından ehtiyyat edirdilər. Aydın idi ki, DQMV-nin erməni rəhbərliyi də daxildə münaqişənin qarşısının alınmasında aciz idi, eyni zamanda onlar da öz xalqının maraqlarının əleyhinə gedə bilmədikıri üçün hadisələrin qarşısını almaqda çətinlik çəkirdilər.

Artıq etiraz dalğası Hadrut və Stepanakertdə/Xankəndində davam edirdi. Azərbaycan mərkəzi hakimiyyəti məsələnin Muxtar Vilayət rəhbərliyi çərçivəsində həllinin mümkün olmadığını nəzərə alaraq özü birbaşa olaraq məsələnin həll olunmasına qoşulmağa qərar verir. Fevralın 11-də Azərbaycan SSR Kommunist Partiyasının İkinci katibi Vasiliy Kanovalov Xankəndinə ezam olunur. Artan narazılığın qarşısını almaq mümkün olnmur. Fevralın 20-də Azərbaycan SSR Kommunist Partiyasının birinici katibi Kamran Bağırov muxtar vilayətə gəlir. Xankəndində mərkəzi meydanda «Miatsum» şuarı ilə başlanan mitiniqdə yeni bir şuar səslənir: «Sessiya, sessiya!». Kamran Bağırovun vilayətin sakinlərini sakitləşdirmək cəhdi baş tutmur. Mərkəzi Komitənin səfərdə olan bütün heyyəti Muxtar Vilayətin partiya fəallarının iclası zamanı etiraz dalğaları gücləndiyindən onlar iclası tərk edirlər. Kamran Bağırovun iclası tərk etməsindən sonra DQMV Xalq Deputatları sovetinin iclası keçirilir və iclasın yekunlarına əsasən qərar qəbul olunur. Xalq Deputatları Soveti Azərbaycan SSR Kommunist Partiyasına müraciət edərək DQMV-nin Azərbaycan SSR-in tərkibuindən çıxması məsələsini qaldırır. Eyni zamanda SSSR Ali Soveti qarşısında DQMV-nin Azərbaycan SSR tərkibindən alınaraqxa0 Ermənistan SSR-in tərkibinə veriılməsi barədə məsələ qaldırılır. Qərarın qəbul olunmasına 110 erməni deputatı səs verir və 30 nəfər Azərbaycanlı deputat etiraz əlaməti olaraq zalı tərk edirlər.

Fevralın 21-də artıq meydanda qərar elan olunan zaman məlum olur ki, Muxtar Vilayət Soveti İcraiyyə Komitəsinin sədri Vladimir Osipov bu qərarın altından imza atmaq və möhür vurmaqdan qaçır. Meydana toplaşanlar «Möhür, möhür» səsləndirərək qərarın imzalanmasını tələb edirlər. İcraiyyə Komitəsinin sədr müavini Şvamon Petrosyan faktiki olaraq məsələni öz nəzarəti altına götürür və bütün İcraiyyə komitəsinin üzvlərinin adları yazılır və imzalanmağa verilir.

Beləcə, Dağlıq Qarabağa münaqişəni yatırmaq missiyası ilə səfər edən Kamran Bağırovun təcrübəsizliyi və kontekstdən məlumatsızlığı ucbatından Xankəndinə səfər edən Azərbaycvan nümayəndə heyyəti çıxılmaz vəziyyətdə şəhəri tərk edir və səhərisi gün məlum qərar ilə DQMV-də Azərbaycan SSR-in tərkibindən çıxmaq prosesinə və 30 il davam edən münaqişə başlanır.

Əvəz Həsənov,xa0
Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, konfliktoloq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO