“Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizə üçün layihələndirilib”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə, qalereyanın uzunluğu 144 metrdir və tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir.
"Qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur. Sözügeden qalereya Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır”, - deyə S.Nəzərova bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:57 / 22.08.2024
Azərbaycanda ilk dəmir yolu qalereyası inşa olunur
Hazırda oxunan: Azərbaycanda ilk dəmir yolu qalereyası inşa olunur
Hazırda oxunan: Azərbaycanda ilk dəmir yolu qalereyası inşa olunur
207912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.