“Qızılcaya tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri öləcək”x9d  
 -DİQQƏT

“Qızılcaya tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri öləcək”x9d -DİQQƏT

Hazırda oxunan: “Qızılcaya tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri öləcək”x9d -DİQQƏT

207627
Kiyevdə qızılca epidemiyası baş qaldırıb. Ümumdünya səhiyyə təşkilatı qızılcadan ildə ortalama 150 min insanın vəfat etdiyini bildirir. Bunların əksəriyyəti 5 yaşına qədər uşaqlardır. Statistikaya əsasən, qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri itiriləcək.

Kiyevdə epidemiyanın səbəbi qızılca peyvəndi vurulmuş insanların cəmiyyətdəki nisbətinin kritik həddən aşağı düşməsidir.

Kiyevdə qızılca peyvəndi vurulmuş uşaqların nisbəti 30%-dir.xa0

Moderator.az xəbər verir ki, tanınmış həkim Vasif İsmayıl bildirib ki, bu göstəricini Azərbaycana da aid etmək olar:

“Bəzən belə bir şey eşidirsiniz: “Uşağıma heç peyvənd vurdurmadım. Xəstələnmir də”¦ Demək ki, peyvənd lazımsız şeydir”x9d.

Yalandır. Öz də nadan yalanı. Mən və mənim kimi məsuliyyətli vətəndaşlar uşaqlarına peyvənd vurdurur deyə, sizin uşağınız xəstələnmir.

Amma cəmiyyətdə peyvənd edilməmiş insanların sayı müəyyən nisbətdən aşağı düşəndə epidemiya baş qaldırır. Qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri öləcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO