Jurnalistlər binasının qarşısındakı işıqforla bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Jurnalistlər binasının qarşısındakı işıqforla bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Jurnalistlər binasının qarşısındakı işıqforla bağlı RƏSMİ AÇIQLAMA - FOTO

206931

Səbail rayonu, Yeni Salyan yolu-20 ünvanında (jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında) yolda olan svetoforun işləməsi ilə bağlı bəzi hallarda texniki problem yaranır.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.  

Bildirilib ki, problemin yaranmasına səbəb svetoforun özündə yox, ona verilən elektrik mənbəyi ilə bağlıdır.

Belə ki, bir neçə ilə əvvəl binada yaşayan sakinlərin müraciəti əsasında yola svetofor qoyulub. Həmin vaxt ərazidə mövcud infrastruktur (eleketrik xətti) olmadığından svetofora binanın ümumi elektrik xəttindən enerji verilməsi təmin edilib.  

Hazırda binanın həyətində olan mövcud işıqlanma sistemində bəzi hallarda qısaqapanmaların olması ümumi elektrik mənbəyi xəttinə təsir göstərir və bu səbəbdən yolda olan svetoforun işində problem yaranır.
 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən binanın elektrik mənbəyində olan problemin aradan qaldırılması, ümumilikdə alternativ olaraq elektrik xəttinin çəkilməsi istiqamətində işlər görülür.  


İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO