Alimdən şok iddia ”“  Dünyada ilk məktəb Azərbaycanda yaradılıb

Alimdən şok iddia ”“ Dünyada ilk məktəb Azərbaycanda yaradılıb

Hazırda oxunan: Alimdən şok iddia ”“ Dünyada ilk məktəb Azərbaycanda yaradılıb

206544
Qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk- islam dünyasının mərkəzində yerləşən Azərbaycan və bu yurdun sakinləri hələ qədim zamanÂxadlarÂxaddan yazı və oxu mədəniyyətinə sahib olub, dövrün, ictimai həÂxadyatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaradıb, insanları inÂxadkişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söyləÂxadyiblər. Zaman-zaman ölkəmizə edilən basqınlar üzündən ulu babalarıÂxadmızın yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilib, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılıb, başqa ölkələrə aparılıb

Qobustan, Gəmiqaya, OğÂxadlanqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib olÂxadmaÂxadsından xəbər verir. Bunlar Azərbaycan xalqının hələ miladdan əvvəl məÂxaddəniyyətə, yazıya, oxuya, sistemli təlim-tərbiyə sahib olÂxadduğunu təsdiq edir.

Naxçıvan dünyanın ən qədim şəhərlərindən və ən qədim insan məskənlərindən biridir. Naxçıvanın dünyanın ən qədim yaşayış məskəni olduğunu Dünya tufanı və Nuh peyğəmbərlə bağlı konkret faktlar və arxeoloji tapıntılar, habelə xalq yaddaşında qorunub saxlanılmış mifoloji materiallar da sübuta yetirir.

Naxçıvanda Tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir.xa0 Tədqiqatlardan məlum olur ki, Gəmiqayada 1500-ə yaxın yazı, rəsm daş və metal alətlərlə döymə, qazma, sürtmə yolu ilə həkk olunÂxadub.

Tədqiqatçı alim Əjdər Fərzəli yazır ki, “Gəmiqayalıların 32 hərfdən ibarət əlifbaları olmuşdur. Onların 9-u sait, 23 -ü isə samit olmuşdur. Hərflər həm dəxa0 müstəqil şəkildəxa0 müəyyən bir sözü də ifadə edir. Bu əlaməti Orxon Yenisey əlifbasında da görmək olur”x9d.

Gəmiqayadakı təsvirlər sübut edir ki, burada yüksək inkişaf etmiş mədəniyyət olub. Buradakı yazılar, işarələr, rəsmlər istedadlı rəssamlar və bilicilər tərəfindən çəkilmiş nadir sənət inciləridir. Onların hamısı sözlü işarələrdir və Tanrıçılıq ”“ yaradılış inamını, yer-göy əlaqələrini, kosmik düşüncəni əks etdirir”¦ Gəmiqaya yüksək inkişaf mədəniyyətinin bir göstəricisidir.

Gəmiqayalılar müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çəkÂxadmiş, Günəşə sitayiş etmişlər. Gəmiqayada Günəşə sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da Günəşi, işığı, tərəqqini ifadə edir.

Ümumiyyətlə Günəş, işıq, ziya insanların cahillikdən uzaqlaşıb tərəqqiyə, inkişafa yönəlməsini göstərən bir simvoldur.

Qeydxa0 edək ki, Naxçıvan şəhəri haqqında ilk məlumat yunan filosofuxa0 İosif Flaviyə (e.ə.I əsr) məxsusdur.xa0 Sonra yunan coğrafiyaşünası Klavdi Ptolomeyin (b.e. II əsr) “Coğrafiya”x9dxa0 əsərində Naxçıvan şəhərinin adı “Naksuana”x9d şəklində qeydxa0 edilib.

Henrix İohann Hübşman Naxçıvan toponimini Nuh peyğəmbərlə bağlı “Dünya tufanı”x9d hadisəsi ilə əlaqələndirir. Onun fikrincə “Naxçıvan”x9d toponimi “törəyiş yeri”x9d anlamını verməkdədir. Hübşmanın istinad etdiyi Nuh tufanı hadisəsinə görə “Naxçıvan”x9d sözü üç hissədən ”“ “Nax”x9d (Nuh) vəxa0 türk dillərində isim düzəldən şəkilçi olan “-çı”x9d şəkilçisi, sonraxa0 da türk dilində yer, məkan bildirən “van”x9d toponimindənxa0 meydana gələrək “Nuhçuvan”x9d ”“ Nuhçuların (Nuh tərəfdarlarının) məskəni”x9d, “Nuhun diyarı”x9d deməkdir. Naxçıvanda tədqiqatlar aparmış böyük rus alimi Nikitin yazır ki, Nuh peyğəmbər Naxçıvan şəhərinin əsasını qoyub.

Yunan alimi Klavdi Ptolomeyin bizim eranın ikinci əsrində tarixdə ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatması diyarın zəngin tarixi mədəniyyətinə Şərq kontekstindən əlavə, həm də dünya tarixinin mədəni prizmasından baxmağa əsas yaradır. Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən bura səfər etmiş səyyah və coğrafiyaşünasların xatirələrində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılır. Bu isə bəşəriyyətin ikinci yaranışının Naxçıvanla birbaşa əlaqəli olması faktını ortaya qoyur.

Yerli sakinlər arasında dolaşan əfsanəyə görə, Nuh peyğəmbər daşqın çəkildikdən sonra burada ailəsi ilə ”“ Ham, Sam, Yafəs adlı oğlanları ilə ömrünün sonuna qədər yaşayıb və bu torpaqda da vəfat edib.

Naxçıvanda yaşamış uzunömürlü ağsaqqallar, o cümlədən 106 il ömür sürmüş “İstiqlal”x9d ordenli, Əməkdar müəllim, dosent atam Lətif Hüseynzadə Nuh peyğəmbərin dəfn edildiyi yeri bilirmiş və o yerin müəyyənləşdirilməsi beynəlxalq komissiyasında iştirak edərək o qəbrin yerini dəqiq göstərmişdi. Qəbir yerin üstündə 1.5 metr hündürlükdə qırımızı daşlardan hörülmüş dairəvi şəkillidir.

Bəhruz Kəngərli “Nuhun qəbri”x9d ni 1919-1921-ci illərdə 3 dəfə çəkib. Naxçıvan Muxtar Respublikasıxa0 Ali Məclisinin Sədri Vasif Talıbovun “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa olunması haqqında”x9dkı 28 iyun 2006- cı il tarixli sərəncamı ilə Nuhdaban deyilən yerdə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilib.

Pedaqoji mənbələrdə göstərilir ki, qədim Yunanıstanda quldar balalarını xüsusi təlim-tərbiyə müəssisəsinə aparıb-gətirən, onların təlim tərbiyəsi ilə məşğul olan adamlara “Peydaqoqos”x9d deyilirdi. Qədim yunan dilində “Paydas”x9d ”“ “uşaq”x9d , “gogos”x9d ”“ “yola salan”x9d deməkdir ki, “pedaqogika”x9d, “pedaqoq”x9d sözləri də buradan meydana gəlib. Oradakı xüsusi təlim tərbiyə müəssisəsinin adına “Şkola”x9d deyilirdi ki, bunun da mənası kitablarda yazıldığı kimi qədim yunan dilində “Asudə vaxt keçirilən yer”x9d deməkdir.

Pedaqogika elminin banisi, XVII əsrin görkəmli pedaqoqu Yan Amos Komenski yazır ki, yunanlar bu sözü ”“ yəni “Şkola”x9d sözünü Şumerlərdən götürüblər. O,“Böyük didaktika”x9d əsərində qeyd edir ki, tarixdə ilk məktəbi Nuhun oğlu yaradaraq adını Skala qoyub. Y.A.Komenski bu fikri bizim eradan əvvəl I əsrdə yaşamış yunan filosofu İosif Flavidən götürüb və ona əsaslanaraq belə yazıb.

xa0İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq “Apobaterion”x9d(yun. ΑποβατήÏx81ιον) toponimini qeyd edir ki, bu toponim “İlkxa0 dayanacaq yeri”x9d mənasını verir. Adı çəkilən toponim müasir Naxçıvan şəhərinə aid edilir.
“Skala”x9d ilkin mənasında “pillə”x9d, “mərhələ”x9d mənasını verib. Rus dilində “Şkala”x9d- “dərəcə”x9d, “mərhələ”x9d deməkdir. Nuhun dövründə də pilləli, mərhələli məktəb yaradılıb. İngilis dilində məktəb mənasını verən “Skul”x9d, fransız dilində “Lekol”x9d, alman dilində “Şule”x9d, türk dilində “Okul”x9d, rus və belarus dillərində “Şkola”x9d kəlmələri “Skala”x9d sözündən əmələ gəlib.

Həmçinin başqa dildən götürülmüş rus dilində işlənən “Skala”x9d sözü də qaya mənasında işlənməkdədir. Nuhun Gəmisi dağa deyil, məhz qayaya ”“ Gəmiqayaya yön alıb, orada dayanıb. Bəs bu ad ”“ “Skala”x9d, Şkola”x9d Şumerlərə necə gedib çıxıb ki, yunanlar da bunu oradan götürüblər?

Tarix kitablarında göstərilir ki, Naxçıvan duzu at arabaları ilə Şumerlərə daşınıb və oradan əvəzində lacivərd (Ləl-cəvahirat) alıb gətiriblər. Şumerlər duza yüksək dəyər veriblər və duza səcdə ediblər. O zaman məşhur “Duz yolu”x9d ilə Naxçıvan duzu nəinki Şumerlərə, bütün Şərqə, Osmanlı dövlətinə daşınıb aparılıb. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir edib.

Bütün bunlar onları deməyə əsas verir ki, Naxçıvan qədim insan məskəni, zəngin mədəniyyət mərkəzi, böyük elm, təhsil beşiyi olub, buradan təlim, yazı və oxu mədəniyyəti bütün dünyaya yayılıb.

Rüfətxa0 Hüseynzadə,
pedaqogikaxa0 üzrə elmlərxa0 doktoru, professor
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO