“Azad Rəhimovun vəziyyəti ağırdır” - RƏSMİ 

“Azad Rəhimovun vəziyyəti ağırdır” - RƏSMİ 

Hazırda oxunan: “Azad Rəhimovun vəziyyəti ağırdır” - RƏSMİ 

19374

Hazırda ABŞ-da müalicə olunan Gənclər və İdman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

Onun sözlərinə görə, nazir ağ ciyər xərçəngindən əziyyət çəkir.

Qeyd edək ki, A. Rəhimovun səhhəti bir neçə ay əvvəl pisləşib və ABŞ-da əməliyyat olunub. Nazirin komaya düşdüyü deyilirdi.

Xatırladaq ki, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində  anadan olub. 

1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.

1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri, 1989–1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.

1994–1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı ildə imzaladığı sərəncamla o, Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO