“Vəzifəli şəxsin “Turan”x9dın hansısa yazısından narahatlığına rast gəlməmişəm”x9d

“Vəzifəli şəxsin “Turan”x9dın hansısa yazısından narahatlığına rast gəlməmişəm”x9d

Hazırda oxunan: “Vəzifəli şəxsin “Turan”x9dın hansısa yazısından narahatlığına rast gəlməmişəm”x9d

188589
“Doğrudan da “Turan”x9d İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir”x9d.

Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədə yazıb.xa0

Ə. Amaşov qeyd edib ki, “Turan”x9d agentliyi media məkanımızda sanki yox kimidir:

“Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir. Bunu müxtəlif amillərlə əsaslandırmaq mümkündür. Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir.

Bu günün media reallığından uzaq kimi görünən “Turan”x9dın materiallarına çox az hallarda istinad var. Xəbərlərinə demək olar rast gəlinmir. Ümumən yaradıcılıq dəst-xətti nəzərə çarpmır. Halbuki əvvəllər belə olmayıb. Onu da deyim ki, nəinki son aylar, hətta son illər belə hec bir rəsmi qurumun, vəzifəli şəxsin “Turan”x9dın hansısa yazısından narahatlığına, etirazına rast gəlməmişəm”x9d.xa0

Sədr agentliklə bağlı Mətbuat Şurasına heç bir şikayətin daxil olmadığı bildirib:

“Mətbuat Şurasına da “Turan”x9dın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır. Vergilər Nazirliyi dövlət orqanıdır. Onun yoxlamalarına gəlincə, qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır.

Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və kütləvi informasiya vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub. Mətbuat Şurası olaraq biz “Turan”x9d İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq. Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcəkdir”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO