Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
“Sovetski”də sökülməkdə olan fərdi evlər yanır - YENİLƏNİB - VİDEO
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, əraziyə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğını söndürüb.
Bizim.Media