Şirvanda narkokuryer SAXLANILDI – FOTO  

Hazırda oxunan: Şirvanda narkokuryer SAXLANILDI – FOTO  

184665

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əcnəbi vətəndaşa narkokuryerlik edən Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan çəkisi 4 kiloqramdan artıq olan heroin və marixuana aşkar edilib. 

Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən olunub. 
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO