Parkda istirahət edən vətəndaşı soyan şəxs saxlanıldı - FOTO/VİDEO

Parkda istirahət edən vətəndaşı soyan şəxs saxlanıldı - FOTO/VİDEO

Hazırda oxunan: Parkda istirahət edən vətəndaşı soyan şəxs saxlanıldı - FOTO/VİDEO

182637

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs rayon ərazisindəki parklardan birində istirahət edən vətəndaşa yaxınlaşaraq zərərçəkənin oturacağın üzərinə qoyduğu mobil telefonunu, içərisində sənəd və bank kartları olan pul kisəsini götürərək hadisə yerindən qaçıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də soyğunçuluq əməlinə görə məhkum olunmuş Emil Məsimov saxlanılıb.

Dindirmə zamanı şübhəlinin talama yolu ilə ələ keçirdiyi mobil telefonu satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO