Göygöldə ağır qəza - 1 ölü, 3 yaralı var

Göygöldə ağır qəza - 1 ölü, 3 yaralı var

Hazırda oxunan: Göygöldə ağır qəza - 1 ölü, 3 yaralı var
180865
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöldə iki avtomobilin toqquşması bir nəfərin ölümü, üç nəfərin isə xəsarət alması ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Üçtəpə kəndində hərəkətdə olan "BMW X5" markalı avtomobillə "VAZ 2106"  toqquşub.  

Bu zaman "BMW X5" yoldan çıxaraq hasara, sonra isə ağaca çırpılıb. Qəza zamanı "BMW"inn sürücüsü, 1996-cı il təvəllüdlü Cavid Mürsəlov ağır xəsarətlərlə xəstəxanaya aparılarkən dünyasını dəyişib  Həmin avtomobilin digər sərnişini, 26 yaşlı Ruslan Rüstəmov da müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Qəza zamanı "VAZ 2106"da olan 2002-ci il təvəllüdlü İdris Rahib oğlu Orucov və onun həmyaşıdı  Ələkbər Ələsdan oğlu Orucov da xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Yaralılardan Ruslan Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO