Bu şəxsləri işdən çıxaranlar daha çox cərimələnəcəklər

Bu şəxsləri işdən çıxaranlar daha çox cərimələnəcəklər

Hazırda oxunan: Bu şəxsləri işdən çıxaranlar daha çox cərimələnəcəklər

179823
Azərbaycanda hamilə və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozmaya görə cərimələr artırılır.

Bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Bu dəyişikliklərə əsasən, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv edənlər 2000 manatdan 3000 manatadək miqdarda cərimələnəcəklər.

Hazırda bu cərimənin məbləği 500 manatdan 1000 manatadəkdir.

Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.(Trend)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO