Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR – FOTO/VİDEO  

Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR – FOTO/VİDEO  

Hazırda oxunan: Gəncədə məktəblinin qətli ilə bağlı YENİ DETALLAR – FOTO/VİDEO  

174735

Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Bəxtiyar oğlu Rəhimovun qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb. 

Mərhumun yaxın qohumları Bizim.Media-nın yerli bürosuna bildiriblər ki, Raulla ona bıçaq zərbəsi endirən həmyaşıdı Fərid Şabanov arasında əvvəllər də mübahisə olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə şagird məktəbin qarşısında bıçaqlanaraq ÖLDÜRÜLDÜ 


Məlumata görə, F. Şabanov Bağmanlar qəsəbəsində babasının evində yaşayır. F. Şabanovun anası, Raulun isə babası həmin məktəbdə müəllimdir. Ötən il son zəngdə onlar arasında bir dəfə də mübahisə olub: 

“Raul çox sakit və mehriban uşaq idi. Böyük-kiçiyin yerini bilən idi. Uzaqdan bir az qohumluqları da çatır. Onu niyə bıçaqla vurduğunu biz də hələ bilmirik. Bildiyimiz odur ki, səhər məktəbə gedib və bu hadisə baş verib” deyə Raulun qohumu əlavə edib. 

Gəncə Şəhər Regional Təhsil İdarəsinin məlumatına görə, qətli törədən  F. Şabanov məktəbin şagirdi deyil.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO