Narkotikin təsiri altında avtomobil idarə edən sürücü TUTULDU 

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü TUTULDU 

Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən sürücü TUTULDU 

174543

Yanvarın 19-da Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində yerləşən postda “Hyundai” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, sürücü, Bərdə rayon sakini Ruslan Hacızadənin narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən edildiyindən barəsində inzibati protokol tərtib edilib, avtomobildə olan sərnişinləri, həmyerliləri İlhamiz Cəfərov və Kərim Qədimovla birgə Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər. 
K.Qədimovdan 10 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO