Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var - FOTO

Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var - FOTO

172243

Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb.

Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda xəsarət alan şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.






Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO