Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb - VİDEO

Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb - VİDEO

Hazırda oxunan: Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb - VİDEO

171347

Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Həsənov Adil Qardaşxan oğlu "Hovo" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə yük avtomobili aşıb. Sürücü A. Həsənov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı apa-ya təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO