Parlamentdə Xocalı soyqırımı ilə bağlı müzakirələr başlayıb

Parlamentdə Xocalı soyqırımı ilə bağlı müzakirələr başlayıb

Hazırda oxunan: Parlamentdə Xocalı soyqırımı ilə bağlı müzakirələr başlayıb

169931
Oqtay Əsədov: “Azərbaycvan öz ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq”x9d

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Spiker çıxış iclası açıq elan edərək bildirib ki, gündəlikdə bir məsələ var: Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar layihəsini müzakirə edəcək.

Gündəlik təsdiqlənəndən sonra parlament Xocalı soyqırımı qurbanlarının, Qarabağ şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş nitqi ilə çıxış edən spiker tarixi ötən əsrin əvvəllərində Azərbaycan torpaqlarında, İrəvan, Göyçə, Zəngəzur qəzalarında, Dərələyəzdə erməni dövlətinin qurulduğunu, 80-ci illərin sonlarında isə 1 milyon yarımdan çox azərbaycanlının Ermənistan ərazisindən və işğal olunmuş Azərbaycan ərazilərindən qovulduğunu deyib. O.Əsədov O.Əsədov bildirib ki, Xocalı soyqırımının təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirmək istəyən qüvvələr, icraçıları isə Ermənistan olub: “Xocalı soyqırımına qədər təkcə Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı girov götürülərək işgəncələrlə öldürülüb”x9d.

O.Əsədovun sözlərinə görə, Xocalı soyqırımı Milli Məclisin qərarları ilə soyqırım kimi qəbul olunub. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələrin parlamentrləri Xocalı soyqırımını rəsmən tanıyıb, ABŞ-ın 21 ştatında bu dəhşətli soyıqrım aktı ilə əlaqədar qərar qəbul olunub.

Sədr deyib ki, bu günlərdə Milli Məclisin üzvləri dünyanın bir sıra ölkələrində soyqırımla bağlı tədbirlərdə iştirak etməkdən ötrü ölkə xaricindədir.

“Azərbaycan öz ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq. Bu vəhşiliyi törədənlər layiq olduqları cəzalarına çatacaqlar. Biz əminik ki, gec-tez Azərbaycanın işğal olunmuş ərazilərində süveren hüquqlarımızın bərpasına nail olacağıq”x9d-deyə, O.Əsədov bildirib.

Daha sonra söz qərar layihəsini oxumaq üçün sədrin birinci müavini Ziyafət Əsgərova verilib.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO