Xəbər verildiyi kimi Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
MÖVZU İLƏ BAĞLI:
“Azadlıq Prospekti” metrosu yaxınlığında ticarət obyekti YANIR - VİDEO
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.