Ağdaşda bələdiyyə sədri CƏZALANDIRILDI 

Ağdaşda bələdiyyə sədri CƏZALANDIRILDI 

Hazırda oxunan: Ağdaşda bələdiyyə sədri CƏZALANDIRILDI 

164907

Ağdaş rayonu və Mingəçevir şəhərində sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya məlumat verilib.

Məlumata görə, rayon( şəhər) polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Ağdaş rayonunun Hapıtlı kəndində, Mingəçevirdə isə şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı kəndin bələdiyyə sədri, Mingəçevirdə isə üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO