Bakı Peşə Hazırlığı Mərkəzi ilə AWWA Azerbaijan arasında müqavilə imzalandı - FOTO

Hazırda oxunan: Bakı Peşə Hazırlığı Mərkəzi ilə AWWA Azerbaijan arasında müqavilə imzalandı - FOTO

164316

Noyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi - Bakı Peşə Hazırlığı Mərkəzi ilə ”Aesthetic & Welness World Academy” MMC (AWWA Azerbaijan) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. 

Bizim.Media xəbər verir ki, əməkdaşlıq sənədini Mərkəzin Direktoru Rəhimov Aslan və Akademiyanın icraçı direktoru Həcər Cəfərova imzalayıblar. 

Müqavilədə birgə “Kosmetologiya” və “Masaj” təlim kurslarının təşkil olunması nəzərdə tutulur. Sənəddə ictimai önəm kəsb edən təşəbbüslərin dəstəklənməsi sahəsində əməkdaşlığın həyata keçirilməsi də əksini tapıb. 

Azərbaycanda son illərdə böyük şəhərlərin və turizm mərkəzlərinin sakinləri arasında Estetik və SPA xidmətlərinə olan tələbat durmadan artır. Odur ki, bununla bağlı Estetik klinikalarda və salonlarda çalışan işçilərə, o cümlədən kosmetoloq və masajçılara da yüksək tələblər qoyulur. Eyni zamanda, Estetik və SPA sənayesi özünəməxsus, xüsusilə yüksək etiket və xidmət standartlarını, effektiv texnologiyalardan istifadəni, həmçinin tibbi təhlükəsizliyi diktə edir. 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Gözəllik və estetik sənayesində peşəkarlar üçün Peşə Təhsili və Təlimini təmin edən akkreditə olunmuş Akademiya olaraq, AWWA ixtisaslaşdırılmış kurslar çərçivəsində Estetik və Spa sahəsində mütəxəssislərin hazırlanmasına start verib. 
Qeyd: "Peşə təhsili ixtisaslarının Təsnifatında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən, respublikamizda “Kosmetolog”, “Kosmesevt”, “Masajçı” kimi peşələr rəsmi olaraq təsdiq edilib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO