Cəlilabadda torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var

Cəlilabadda torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var

Hazırda oxunan: Cəlilabadda torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var

163564

Cəlilabad rayonunda torpaq mübahisəsi ilə bağlı 4 nəfər döyülüb. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.  

Belə ki, iki ailənin üzvləri arasında torpaq üstündə yaranan mübahisə daha sonra tərəflər arasında baş verən davaya çevrilib.  

Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. 
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin faktla bağlı hazırda Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO