Qəbələdə yolu keçmək istəyən piyadanı maşın vurub

Qəbələdə yolu keçmək istəyən piyadanı maşın vurub

Hazırda oxunan: Qəbələdə yolu keçmək istəyən piyadanı maşın vurub

161528

Qəbələ şəhər ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gecə saatlarında yolu keçən Zarağan kənd sakini, 43 yaşlı Elnur İsmayılovu maşın vuraraq ağır bədən xəsarətləri yetirib.  

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sakin üçün Təcili Tibbi Yardım çağırılıb. Elnur İsmayılova hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra o, Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  
Hazırda müalicəsi xəstəxanada davam etdirilir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində tədqiqat aparılır.  

Tural Rasim Oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO