Erməni kəşfiyyatçının aprel döyüşləri ilə bağlı acı etiraf  - Fotolar

Erməni kəşfiyyatçının aprel döyüşləri ilə bağlı acı etiraf - Fotolar

Hazırda oxunan: Erməni kəşfiyyatçının aprel döyüşləri ilə bağlı acı etiraf - Fotolar

159488
Aprel döyüşlərindən sonra erməni təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində Ermənistanın düşdüyü durum indi də bu ölkədə müzakirə mövzusu olaraq qalır.xa0

Müxtəlif televiziyalarda, internet saytlarında ölkənin hərbi-siyasi rəhbərliyinin səriştəsizliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyət şərh edilir, müxtəlif yazılar dərc olunur.

Erməni hərbi qulluqçular da bu barədə öz fikirlərini sosial şəbəkələrdə bölüşməkdən çəkinmirlər.

Ermənistan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçu, kəşfiyyatçı Arsen Xaçatryan 2016-cı ilin aprel ayında baş verən döyüşlər haqqında fikirlərini bölüşərkən bildirib: "Türklər (Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri nəzərdə tutulur) bizim mövqelərə çox sayda qüvvə ilə girdilər. O döyüşdə 4 nəfərimiz öldü, 3 yaralı və biz 2 nəfər xilas ola bildik".

Kəşfiyyatçı A.Xaçatryanın 17.11.2016-cı il tarixdə sosial şəbəkədə paylaşdığı məlumata görə, həmin döyüşdə məğlub olmalarının və mövqeləri tərk etmələrinin səbəbi döyüş sursatlarının azlığı və təminatın olmamasıdır.(milli.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO