Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO 

Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO 

Hazırda oxunan: Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO 
155377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər saatlarında Xaçmaz şəhərində Qudyalçay körpüsünün uçması məticəsində xəsarət alan 3 nəfərin vəziyyəti stabildir. 

Bizim.Media xəbər verir ki, "Vaz-2106" markalı avtomaşının aşması nəticəsində xəsarət alan 57 yaşlı Xaçmaz sakini Əlisəfa Heybətov, Bakı sakini 39 yaşlı Efsun Qarayev və 24 yaşlı Xaçmaz sakini Elvin Səfərəliyev dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 

İlk tibbi yardımdan sonra yaralılardan Efsun Qarayev öz istəyi ilə Azərbaycan Tibb UniversitetininTədris Cərrahiyyə Klinikasına təxliyyə olunub. 

Xəsarətləri nisbətən yüngül olan Elvin Səfərəliyevə ambulator müalicə təyin olunub və evə buraxılıb. Digər yaralı Əlisəfa Heybətovun müalicəsi isə Xaçmaz rayon mərkəzi xəstəxanasında davam etdirilir. 
Bu gün Prezident Adminstrasiyasının məsul işçisi Habil Əzəmmədov və rayon rəhbərliyi yaralı Əlisəfa Heybətovu xəstəxanada ziyarət edib, müalicəsi və səhhəti ilə maraqlanıblar. Həkimlər yaralının həyatı üçün təhlükə olmadığını bildiriblər.

Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO  - foto 1
Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO  - foto 2
Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO  - foto 3
Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO  - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO