
- A-
- A
- A+
Cəmiyyət
13:02 / 06.10.2016
1 dəq oxunma
İlqar Məmmədov azadlığa buraxılır...
Hazırda oxunan: İlqar Məmmədov azadlığa buraxılır...
153922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xəbər verdiyimiz kimi “REAL”x9d Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının xa0müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub. Noyabrın 18-də baxılacaq.Prosesə Əli Seyfəliyev sədrlik edəcək.
Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən azadlığa buraxılması barədə qərar əldə edən İlqar Məmmmədov hələ də həbsdə saxlanılır. Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etməməsi Avropa Şurasının Nazirlər Komitəsinin də gündəliyinə çıxarılıb. Dəfələrlə Avropa Şurasının baş katibi, həmçinin, Nazirlər Komitəsi səviyyəsində İlqar Məmmədovun hələ də həbsdə saxlanılması ilə narahatlıq ifadə olunub.
Hökumət İlqar Məmmədovla bağlı israrından daşınır və böyük ehtimalla Ali Məhkəmədə İlqar Məmmədov xa0barəsində azadlıqdan məhrumetmə hökmü xa0cəzanın başqa növü ilə əvəz ediləcək.
Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. xa0T. Yaqublu prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Hər iki şəxs “Amnesty İnternational”x9d tərəfindən vicdan məhbusu kimi tanınıb.(Gununsesi.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































