Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Qarant Sığorta”x9d ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib.
Palatadan xa0daxil olan xəbərə görə, “Qarant Sığorta”x9d ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən 25 dekabr 2015-ci il tarixində sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olub.
Palata, “Sığorta fəaliyyəti haqqında”x9d Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Qarant Sığorta”x9d Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyəti üçün verilmiş 23 iyul 2013-cü il tarixli 000950 nömrəli, 955 qeydiyyat nömrəli lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Qarant sığorta ASC könüllü ləğvolunma prosesində olduğundan və şirkətin istehlakçılar qarşısında öhdəliklərin icra olunmasını təmin etmək məqsədi ilə sığorta müqavilələrini (poertfelini) qanunvericilik çərçivəsində “Paşa Sığorta”x9d ASC-yə ötürüb.
Bundan əlavə, Direktorlar Şurasının qərarı ilə “Qala Sığorta”x9d ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”x9d növü üzrə fəaliyyətin aparılmasına dair icazə verilib.
Qeyd edək ki, “Qarant Sığorta”x9dnın təsisçisi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.




































































































