Məzahir Pənahovdan referendumqabağı  - Yekun açıqlama

Məzahir Pənahovdan referendumqabağı - Yekun açıqlama

Hazırda oxunan: Məzahir Pənahovdan referendumqabağı - Yekun açıqlama

152638
“Referenduma hazırlıq dövründə seçicilərin maariləndirilməsi işlərinə xüsusi önəm verilib. Referendum aktının müqayisəli variantı səsverməyə 45 gün qalmış bütün ölkə üzrə paylanılıb. Əminliklə deyə bilərik ki, sabah seçicilərin səsverməyə gedərək sərbəst səsvermələri üçün onlara təqdim olunan bu müqayisəli variant çox böyük önəm daşıyır”x9d.

Bu sözləri Mərkəz Seçki Komissiyasının sədri Məzahir Pənahov ümümxalq səsverməsi (referendum) ilə bağlı sentyabrın 25-də keçirdiyi mətbuat konfransında deyib.

Sədr qeyd edib ki, dairə seçki komissiyalarının üzvləri və seçki məntəqələrinin sədrləri üçün müxtəlif dövlət orqanları ilə birgə təlimlər, seminarlar keçirilib.

Diqqətə çatdırılıb ki, ölkə üzrə 5627 seçki məntəqəsi fəaliyyət göstərir. Bütün məntəqələr müşahidəçilər üçün açıqdır. Bundan başqa, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının səs vermələri üçün diplomatik nümayəndəliklərimizdə 38 seçki məntəqəsi yaradılıb.

Sabahkı səsverməni 117 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 33 ölkəni təmsil edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO