Laçına yola düşən 22 ailə doğma yurdlarına qovuşublar - FOTO 

Laçına yola düşən 22 ailə doğma yurdlarına qovuşublar - FOTO 

Hazırda oxunan: Laçına yola düşən 22 ailə doğma yurdlarına qovuşublar - FOTO 

147530

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 

Bizim.Media xəbər verir ki, iyulun 22-də Laçına qayıdışın 7-ci köç prosesi gerçəkləşib. Yenidən qurulan Laçın şəhəri bu dəfə 22 ailəyə qucaq açıb və daha 79 nəfər laçınlı yurduna qovuşub. 

Növbəti köç karvanında 22 ailə olmaqla 79 nəfər Laçına çatıb. Laçına qədəm qoyan ailələr şəhərdə qarşılanıb.

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Laçın şəhərində 133 ailə, yəni 503 nəfərin daimi məskunlaşması təmin edilib. 

Qeyd edək ki, köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO