Masallıda kottecdəki yanğın SÖNDÜRÜLDÜ – YENİLƏNİB 

Masallıda kottecdəki yanğın SÖNDÜRÜLDÜ – YENİLƏNİB 

Hazırda oxunan: Masallıda kottecdəki yanğın SÖNDÜRÜLDÜ – YENİLƏNİB 

146267

Masallı rayonu, Qəriblər kəndində kottecdə baş vermiş yanğın söndürülüb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

*** 19:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndində kottecdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, meşəlik ərazidə istirahət mərkəzinə aid kottecdə açıq alov müşahidə olunur.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Yanğın saat 17:51-də məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO