Mərhum xalq yazıçısı Sabir Əhmədlinin yeni kitabı çapdan çıxacaq. Bu barədə Moderator.az saytına yazıçının oğlu Etibar Əhmədli məlumat verib. Onun sözlərinə, atasının iki romanı və bir neçə hekayəsi işıq üzü görməyib və onların üzərində redaktə işləri aparılır. Amma mərhum yazıçının ailəsi onun publisistikası və müsahibələrindən ibarət kitab hazırlamağı düşünür.
Qeyd edək ki, xalq yazıçısının publisistikasından çox az nümunələr işıq üzü görüb.
Elmin Nuri

































































































