Müəllimlərin sertifikasiya prosesində davamiyyəti yüksəkdir - Təhsil İnstitutu

Müəllimlərin sertifikasiya prosesində davamiyyəti yüksəkdir - Təhsil İnstitutu

Hazırda oxunan: Müəllimlərin sertifikasiya prosesində davamiyyəti yüksəkdir - Təhsil İnstitutu

142321

"Bu ilki sertifikatlaşdırmaya Azərbaycan dili və ədəbiyyat, eləcə də ötən il prosesə cəlb edilməmiş ibtidai sinif müəllimləri dəvət olunub".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli 161 saylı məktəbdə sertifikatlaşdırma ilə bağlı təşkil olunan mediaturda deyib.

Onun sözlərinə görə davamiyyət olduqca yüksəkdir:

"95 faiz davamiyyətlə hazırda proseslərimiz davam edir. Digər məsələ müəllimlərin maddi motivasiyasının təsiri ilə bağlıdır. Bilirsiz ki, ötən il prezidentin fərmanı ilə müəllimlərin test imtahanından əldə etdikləri nəticələrə müvafiq olaraq əməkhaqqılarına əlavə alırlar. Belə müəllimlərin sayı 8700-dən çoxdur. Əminik ki, bu il də belə müəllimlərin sayı çox olacaq".

Nurlan İsmayılbəyli əlavə edib ki, Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ötən ildən etibarən başlanılıb:

"Bu proses müəllimlərimizin davamlı inkişafına yönəlmiş bir addımdır. Əsas məqsədi onların peşəkar fəaliyyətini təmin etmək və təlim ehtiyaclarının ödənilməsidir. Ötən il bu prosesə 11 mindən çox müəllim cəlb olunmuşdu və davamiyyət olduqca yüksək idi.
O müəllimlərin əksəriyyəti bu prosesi uğurla tamamladı. Prosesdə ilk cəhddə uğur qazana bilməyən müəllimlər təlimlərə cəlb olunub. Eyni zamanda ölkədə 57 dəstək mərkəzi yaradıldı və müəllimlərimiz 48 saatlıq akademik təlimlərə cəlb olundu".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO