Gəl gedək doğma it-pişiksiz qalan yurdun o başına...

Gəl gedək doğma it-pişiksiz qalan yurdun o başına...

Hazırda oxunan: Gəl gedək doğma it-pişiksiz qalan yurdun o başına...

139496
Gedək yurdun o başına

Yurdun bu başında kef çəkən oğlan,

Yazıqsan, daş düşməsin sənin başına.

Qorxmursansa, təpərin varsa, gedək,

Çöllərini xəzan vurmuş,

Heyrətdən lal olub durmuş

Yurdun o başına.

O başında gözü yol çəkənin var,

Qəbirləri sahibsiz qalan

Baban, atan, səni əkənin var.

Əkmədilər ki, yurdu sahibsiz qoyub,

Aradan əkiləsən,

Kölgə salmayan dirrək kimi,

Şəhərin ortasında dim-dik dikələsən

Gedək yurdun o başına,

O başında kökü kəsilən “Xarı bülbül”x9d var,

Bülbülü cəh-cəh vurub, daha oxumayan.

Orada barmaqları xınalı qız gəlinlər var,

Qarabağ xalçasını daha toxumayan.

Qərib səslər,

Yadlaşan doğma nəfəslər

Səsləmirmi səni,

Oyatmırmı haraylar, hayqırtılar səni.

Gəl gedək adamsız,

Doğma it-pişiksiz qalan yurdun o başına.

Dilsiz, ağızsız, cansız, bədənsiz,

Nalə çəkən ruhlar,

Deməsin, külü qoyum sənin kişi başına.

4 iyun 2016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO