Alov Qüllələri Euronews-da -  VİDEO

Alov Qüllələri Euronews-da - VİDEO

Hazırda oxunan: Alov Qüllələri Euronews-da - VİDEO
138658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Euronews”x9d kanalı tərəfindən “Postcards”x9d proqramının Bakının Alov Qüllələrinin arxitekturasına dair xüsusi buraxılışı hazırlanıb.

Moderator.az  Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, buraxılışda bu yeni tikilinin adının və dizaynının ölkənin qədim təsviri olan “Odlar yurdu”x9d ilə bağlı olduğu bildirilir. 

Həmçinin binanın 2013-cü ildə istifadəyə verildiyi və binanın mehmanxana, ofis kimi fəaliyyət göstərdiyi, ən hündür hissəsinin isə 38 mərtəbədən ibarət olduğu barədə məlumat verilir.

Eyni zamanda 2016-cı ilin 25-27 aprel tarixlərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı “Focus”x9d proqramının xüsusi buraxılışı hazırlanıb ki, bu buraxılış adıçəkilən əhəmiyyətli tədbirə həsr edilib.

Cari il ərzində “Postcards”x9d proqramının İçərişəhərdə və Xınalıqda piyada yürüş (trekking) və çay mədəniyyətinə dair buraxılışlarının hazırlanması nəzərdə tutulur.

Təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika ölkələri daxil olmaqla dünyanın 150 ölkəsində 300 milyondan çox auditoriyaya malik “Euronews”x9d kanalı haqlı olaraq aparıcı beynəlxalq xəbər kanallarından hesab edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO