Moderator.az Azərbaycan efir məkanında bir zamanlar at oynadan televiziya proqramları haqqında kiçik araşdırmanı təqdim edir.
Hansı ki, o telelayihələr məzmunca o qədər də seçilməsələr də kütlənin marağını lazımınca cəlb edə bilmişdilər. Bu proqramların arasında insanların şüuru üçün zərərli olanları da var idi. Hər halda bu yazını oxuyan zaman bəziləriniz “nə yaxşı ki, həmin verilişlər indi yoxdu”x9d deyəcəksiniz, bəziləriniz isə tam əksinə, onların olmadığına təəssüf edəcəksiniz:
1.”x9dQəfəs”x9d - Emin Müsəvinin aparıcılığı ilə Atv kanalında yayımlanan “Qəfəs”x9d layihəsi televiziyanın və xalqın arxivinə uğursuz telelayihələrdən biri kimi daxil olub. Azərbaycan xalqının şüuruna sırımaq istədikləri bu realiti-şou qalmaqallı hadisələrlə, acı gülüşlə, ironiya ilə xatırlanmaqdadır. Milli adət ənənələrə zidd prinsipləri özündə birləşdirən bu veriliş efirlərdən birdəfəlik getdi.
2.”x9dOnun yarısı”x9d - Yenə də Atv kanalında Zaur Baxşəliyev və Günay Qələndərlinin apardığı “Onun yarısı”x9d, (paralel olaraq “Ans”x9d telekanalında Elgiz və Ulviranın aparıcılığı ilə yayımlanan “ Toy olsun”x9d) evləndirmə proqramı əvvəlcə tamaşaçılarda maraq oyatdı. Formatı bəlli olduqdan sonra yarı lağ-lağı, yarı tənqidlə xalqın reaksiyasını səbəb oldu. Bu reaksiyaları ən azı sosial şəbəkələrdən izləmək olur.
3.“N:1”x9d ”“ Atv kanalının layihələrindən biri olan Cavid Gülün aparıcılığı ilə efirə gedən proqramı bir layihə kimi maraqlı olsa da reytinq qazanmaq üçün müğənnilərin öz aralarında qalmaqal salıb, ucuz gündəm yaratmaları ilə fərqlənirdi. Özlərini bu tərz davranışlarla tamaşaçı gözündən salan müğənnilər, ifaları ilə yadda qalsa idilər proqram da daha uzunömürlü olardı.
4. “Maşın şou”x9d ”“ Son olaraq Ans telekanalında Murad Dadaşovun aparıcılığı ilə yayımlanan “Maşın şou”x9d da bu siyahıda özünə vəsiqə qazanan verilişlərdəndir. “Maşın şou”x9d bir layihə, bir idea kimi kreativ sayıla bilər. Lakin efir zamanı baş verən biabırçılıq sözlə ifadə olunası deyil. Belə ki, cəmiyyətin tanınmış simalarının bir-birinə olan münasibəti, efir etikasına yad olan davranışları proqramı çəkidən salmağa yetərli idi.
5.”x9dBu stil mənim”x9d- Türkiyənin paralel iki kanalında yayımlanan bu tərz proqram Azərbaycan teleməkanına da gəlib çatmışdı. Buna baxmayaraq qısa zamanda yayımını dayandırmalı oldu. Efirdəki münsif -iştirakçı mübahisələrin ardı-arası kəsilmədiyindən verilişin taleyi digərlərindən heç də fərqli olmadı . Görünür, qardaş ölkənin televiziyasında izlənmə rekordu qıran bu çəkişmələr bizim efirdə özünü doğrulda bilmədi. İştirakçıların öz aralarında və eyni zamanda münsiflər heyəti ilə aralarındakı uyğunsuz münasibətləri verilişin uzun ömürlü olmasına imkan vermədi.
Kəmalə Yusifli






































































































