Bu gün Hüquq elimlər doktoru Professor İlham Rəhimov şəxsi ofisində İtaliya Respublikasının Degci Studi Di Trieste Univeristetinin professoru, həmkarı cənab Gianluig Cecchini şəxsi görüşləri olmuşdur. Görüşdə hüquq elmi sahəsində maraqlı elmi müzakirələr aparılmışdır, qərara alınmışdır ki, hər iki alim arasında elmi əməkdaşlıq gələcəkdədə davam etdirilsin. Qonaq Gianluig Cecchini prof. İ.Rəhimovu bu ilin oktyabr ayında Trieste Univeristetində mühazirə oxumaq üçün dəvət etmişdir.
Xatırladaq ki, Professor Gianluig Cecchini prof. İ. Rəhimovun Cinayət və Cəzanın Fəlsəfəsi kitabının İtaliyan dilində tərcümə edilmiş variantına rəy vermiş alimlərdən biridir. İtaliyalı Prof. Gianluig Cecchini paytaxt Bakı şəhəri barəsində xoş təsuratlarını bölüşmüşdür və görüşün sonunda hər iki professor xatirə şəkili çəktirmişdirlər.





































































































