Paytaxtda DƏHŞƏT: 1-ci sinif şagirdini məktəbin qarşısında maşın vurub öldürdü

Paytaxtda DƏHŞƏT: 1-ci sinif şagirdini məktəbin qarşısında maşın vurub öldürdü

Hazırda oxunan: Paytaxtda DƏHŞƏT: 1-ci sinif şagirdini məktəbin qarşısında maşın vurub öldürdü

133675

Bakının Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib. 

Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Dədəcanov Elsevər Gülməli oğlu “Volkswagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü Məmmədov İbrahim Orxan oğlunu vurub. 

Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib. Faktla bağlı cinayət işi açılıb. 

Qeyd edək ki, vəfat edən 7 yaşlı İbrahim Məmmədov həmin məktəbin 1-ci sinif şagirdi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO