Gəncədə çirkab su quyusundan meyit çıxarıldı

Gəncədə çirkab su quyusundan meyit çıxarıldı

Hazırda oxunan: Gəncədə çirkab su quyusundan meyit çıxarıldı

133540

Gəncədə çirkab su quyusundan bir nəfərin meyiti çıxarılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin meyitinin çirkab su ilə dolu çuxurdan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

İlkin araşdırmalar zamanı onun, şəhər sakini, 1940-cı il təvəllüdlü İsa Hümbətov olması və tapıldığı ərazisinin yaxınlığında yaşaması məlum olub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO