Təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Hazırda oxunan: Təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlandı

132600

Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri tərəfindən dövlət vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Mənbə yazır ki, araşdırma zamanı həmin Agentliyin tabeliyində olan ayrı-ayrı peşə məktəblərinin vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsi vəsaitlərinin əmək haqqı və digər ödənişlər adı ilə qanunsuz olaraq müxtəlif şəxslərin bank hesablarına köçürülməsinə və bununla da, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO