Gəncədə qadın küçədə kəsici alətlə özünə xəsarət yetirib. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bu mövzuya aydınlıq gətirib.
Onun sözlərinə görə, şəhər sakini A.Abbasəliyeva bunu həyat yoldaşı Bayram Qurbanovun oğurluq etdiyinə üçün saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmasına görə edib.
Polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib. A.Abbasəliyevaya tibbi yardım göstərilib, səhhəti normaldır. O, profilaktiki söhbətdən sonra sərbəst buraxılıb.
Bizim.Media