
- A-
- A
- A+
Ölkə əhalisinin neçə faizi hüquq-mühafizə orqanlarının fəaliyyətindən razıdır? – SORĞU
Ölkə əhalisinin 61,7 faizi hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən tam razıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, vətəndaşların hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətinə münasibəti öyrənmək məqsədi ilə “Hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən razısınızmı?” başlıqlı sorğu keçirib.
Sorğu nəticələrinə əsasən, iştirakçıların 61,7 faizi hüquq-mühafizə və təhlükəsizlik orqanlarının ictimai sabitliyin qorunması sahəsində fəaliyyətindən tam razı, 27,23 faizi əsasən razı qaldığını bildirib.
İştirakçıların 2,9 faizi bu sahədə fəaliyyətdən əsasən razı qalmadığını, 6,3 faizi isə heç razı qalmadığını ifadə edib. Respondentlərin 1,8 faizi bu barədə hər hansı fikri bildirməyib.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































