İlqar Məmmədov azadlığa çıxır?

İlqar Məmmədov azadlığa çıxır?

Hazırda oxunan: İlqar Məmmədov azadlığa çıxır?

129285
“Konstitusiya”x9d Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev yaxın zamanda Respublikaçı Alternativ (REAL) Hərəkatının rəhbəri İlqar Məmmədovla bağlı məhkəmə prosesinin olacağını bildirib.

Haqqın.az xəbər verir ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının üzvləri ilə görüşdə çıxışı zamanı Ə.Nuriyev deyib ki, İnsan Hüquqları üzrə İşçi Qrupun həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin azad olunması üçün çalışması işi sürətləndirilib.

Əfv Komissiyasının üzvü təyin olduğunu xatırladan Ə.Nuriyev qeyd edib ki, hər zaman müzakirələrdə vətəndaş cəmiyyəti üzvlərinin azad olunması məsələsi qaldırılıb: “Bütövlükdə vətəndaş cəmiyyəti bu prosesdə birgə iştirak elədi. Bu, dövlətlə vətəndaş cəmiyyəti arasında əlaqələrin sıxlaşdırılması, yeni əməkdaşlıq imkanlarına gətirib çıxaracaq. İlqar Məmmədov, Asif Yusiflinin azad olunması istiqamətində də əlimizdən gələni edirik. Yəqin, yaxın zamanda İlqar Məmmədovla bağlı məhkəmə prosesi keçiriləcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO