“Günəşli”x9ddə əmək qabiliyyətini itirən neftçilər SOCAR-dan maddi yardım istəyib

“Günəşli”x9ddə əmək qabiliyyətini itirən neftçilər SOCAR-dan maddi yardım istəyib

Hazırda oxunan: “Günəşli”x9ddə əmək qabiliyyətini itirən neftçilər SOCAR-dan maddi yardım istəyib

125771

Bu gün təbii fəlakət nəticəsində “Günəşli”x9d yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı iş növbəsində olmuş neftçilərlə görüş keçirilib. 

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Moderator.az-a bildirilib. 

Görüşdə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentiRəhman Qurbanov, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, şirkətin aidiyyəti idarələrinin rəhbərləri iştirak ediblər. 

Əvvəlcə, dekabrın 4-də təbii fəlakət zamanı “Günəşli”x9d yatağındakı 10 saylı və “Neft Daşları”x9dndakı 501 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən danışıb, itkin düşənlərin axtarış işlərinin və xilas olanların müalicə-reabilitasiyasi məsələlərinin daim diqqət mərkəzində olduğunu bildirib. 

X.Məmmədov qeyd edib ki, xəsarət alan neftçilərin müalicəsi artıq başa çatıb və onlar evlərinə buraxılıb. Neftçilər ötən müddətdə üzləşdikləri problemlər, onları narahat edən məsələlər barədə fikir və təkliflərini bildiriblər. 

Qeyd olunub ki, müalicə aldıqları dövrdə onların əmək haqları xəstəlik vərəqəsi üzrə hesablanmış, işləmədikləri üçün SOCAR tərəfindən verilən gündəlik yemək pulları, həmçinin taarif maaşı üzrə dəniz əmsalları nəzərə alınmayıb, bu da öz növbəsində onların ailə büdcəsinə təsir göstərib. 

SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifov, Hüquq İdarəsinin rəisi Eldar Orucov, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bu məsələnin araşdırıldığını və əmək haqlarının qanunvericiliyə tam uyğun hesablandığını söyləyiblər. 

Neftçilər qəza nəticəsində əmək qabiliyyətlərini müvəqqəti itirdikləri nəzərə alınaraq, onlara müavinət şəklində maddi yardım göstərilməsini xahiş ediblər. 

Görüşə yekun vuran vitse-prezident Xalik Məmmədov görüşün böyük əhəmiyyət kəsb etdiyini bildirib, qaldırılan məsələlərlə bağlı struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib, SOCAR-ın Baş ofisindən asılı olan məsələlərin isə komissiyalarda aidiyyəti üzrə baxılıb müvafiq qərarlar veriləcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO