Cəlil Ərdəm “İki sahil”x9d qəzetinin qonağı olub

Cəlil Ərdəm “İki sahil”x9d qəzetinin qonağı olub

Hazırda oxunan: Cəlil Ərdəm “İki sahil”x9d qəzetinin qonağı olub

123331
“Dialoq Avrasiya”x9d təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm “İki sahil”x9d qəzeti redaksiyasının qonağı olub.

Qonağı salamlayan “İki sahil”x9d qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda mətbuatın inkişafı və “İki sahil”x9d qəzetinin fəaliyyəti barədə məlumat verib. Ölkəmizdə KİV-in inkişafına diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilib.

“Dialoq Avrasiya”x9d təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm xoş və səmimi münasibətə görə “İki sahil”x9d qəzetinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Azərbaycan və Türkiyənin bir-birinə ayrılmaz tellərlə bağlı olduğunu deyən qonaq bildirib ki, bu gün Türkiyənin hər bir vətəndaşı Azərbaycanı qardaş ölkə kimi tanıyır və qəbul edir.

C.Ərdəm Azərbaycanda mətbuatın inkişafına da toxunub və bu prosesin sürətlə getdiyini bildirib. O, “İki sahil”x9d qəzetinin fəaliyyətini yüksək qiymətləndirib və gələcək əməkdaşlıq əlaqələrindən danışıb.

Görüşdə əməkdaşlıq münasibətləri və perspektiv layihələr haqqında da fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO