Şəkidə ağır YOL QƏZASI: Bir nəfər yaralanıb - FOTO 

Şəkidə ağır YOL QƏZASI: Bir nəfər yaralanıb - FOTO 

Hazırda oxunan: Şəkidə ağır YOL QƏZASI: Bir nəfər yaralanıb - FOTO 

123277

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Qırxbulaq kəndi ərazisində keçən hissəsində, yolun 145-ci km-də qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Orta Zəyzid kənd sakini 35 yaşlı Əhməd Ağayevin idarə etdiyi VAZ 21015 markalı avtomobillə Qəbələ rayon Tikanlı kənd sakini, 24 yaşlı Əsabəli Qocayevin idarə etdiyi VAZ 2104 markalı avtomobilllər toqquşub.  

Qəza nəticəsində VAZ 2104-də olan sərnişin, 26 yaşlı Əsgər Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinə ilkin tibbi yardım göstərildikdən sonra o, Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb.  
Faktla bağlı araşdırma aparılır.  






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO