Hər bayram öncəsi olduğu kimi Novruz bayramı ərəfəsində də prezidentin əfv sərəncamı imzalayacağı gözlənilir. Maraqlıdır, əfv olunanlar siyahısında çoxlarının gözlədiyi siyasi məhbusların adı olacaqmı?xa0
Moderator.az -a açıqlama verən hüquq müdafiəçisi, əfv komissiyasının üzvü Novella Cəfəroğlunun sözlərinə görə, onun hazırladığı siyahıda bütün siyasi məhbusların adı var:
“Mənim təqdim etdiyim siyahıda siyasətçilər, jurnalistlər, siyasi fəalların adı öz əksini tapıb. Siyahıda həmçinin ləğv olunmuş və üzvlərinin bir çoxu həbs edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi jurnalist Pərviz Həşimlinin də adı var.”x9d


































































































