Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

122542

Sabah Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, fevralın 26-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qeyd edək ki, sabah və həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO