Baş verən dəhşətli qəza ilə bağlı açıqlama - Rəsmi

Baş verən dəhşətli qəza ilə bağlı açıqlama - Rəsmi

Hazırda oxunan: Baş verən dəhşətli qəza ilə bağlı açıqlama - Rəsmi

120989

Bu gün Siyəzəndə baş verən qəzada Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə 9 yaralı gətirilib.

Bu haqda Bizim.Media-ya Siyəzən Müalicə Diaqnostika Mərkəzindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə ağır qəza - 2 ölü,7 yaralı – ÖZƏL/FOTO 


Yaralılardan 7-si "Mersedes Vita"da, 2-si isə “Opel Astra” markalı avtomobildə olub.

"Opel”də olan 46 yaşlı sərnişin Qənimət Hümbətova isə görülən tədbirlərə baxmayaraq vəfat edib. 8 yaralıdan 4-ü reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır olduğundan reanimasiyada olanlardan bir nəfər Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə, biri isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına göndərilib.

Yaralılardan daha 2-nin vəziyyəti ağır olduğundan Bakıdan sanaviasiya xidmətinin köməyi ilə neyrocərrahlar dəvət edilib.

Həmin yaralıların müalicəsinin harada davam olunması ilə bağlı qərarı paytaxtdan dəvət olunan həkimlər verəcək. Yaralılardan ikisinin vəziyyəti yüngül olduğundan, o cümlədən hamilə qadın evə buraxılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO